Tipik olaraq, bu proses metal folqa istifadə edərək soyuq və ya müəyyən bir temperatura qədər qızdırılmış klişe vasitəsilə vizit kartına məlumatların basma yol ilə həkk olunması həyata keçirilir. Bu proses çapa hazır olan modellərin səthlərinə tətbiq edilir. Bu üsulla məlumatlar yuxarı və ya aşağıya doğru çıxıntılarla folqalı və ya rəngsiz (kor dağlanma) qaydada hazırlana bilər. Folqa ilə çap nümunələri standart rəngdə hazırlanır. Dağlanma üsulu ilə vizit kartları hazırlamaq bir az daha çox vaxt tələb edir və buna görə hesablama fərqli bir qaydada aparılır. Bunun üçün ofis menecerimizlə əlaqə saxlamanız tövsiyyə olunur.